11:01 - 24.05.2024
24 may, Fineko/abc.az. Mərkəzi Bankda yeni təyinat həyata keçirilib.
ABC.AZ xəbər verir ki, Fuad Cəfərov Mərkəzi Bankın Strategiya və layihə idarəetməsi departamentinə direktor vəzifəsinə təyin edilib.
Qyed edək ki, F.Cəfərov 2023-ci ilin fevral ayında “Mərkəzi Bank”ın heyətinə qoşulub. O, qeyd edilən tarixdən indiyə qədər şöbə rəisi vəzifəsində çalışırdı.
Fuad Cəfərov maliyyə sektorunda strategiya, transformasiya, layihə idarə olunması və təşkilatı inkişaf sahəsində 15 ilə yaxın təcrübəyə malikdir.
Fuad Cəfərov Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsili və Niderland Krallığında yerləşən Haaqa Universitetində biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi əldə edib. Müxtəlif illərdə ABŞ-da yerləşən Boston Kolleci, Mərkəzi Avropa Universitetində, Harvard Biznes Məktəbində (Online) ixtisaslaşmış proqramları bitirib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026