14:06 - 22.05.2024
22 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 221.6 mln. manat, cəmi öhdəlikləri 42 milyard 897.7 mln. manat, balans kapitalı 6 milyard 323.9 mln. manat olub.
ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın statistik bülletenində öz əksini tapıb.
Belə ki, aprel ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 0.6%, 0,7% və 0.4% artıb. Aprel ayında bankların kredit portfeli 2.2% və ya 541.8 mln. manat artaraq 24 mlrd. 644.5 mln. manat olub.
Kredit portfelinin strukturunda biznes kreditləri – 54.7% (13 mlrd. 476.4 mln. manat); ıı) istehlak kreditləri – 29.7% (7 mlrd. 327 mln. manat) və ııı) ipoteka kreditləri – 15.6% (3 mlrd. 841.1 mln. manat).
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026