12:24 - 22.05.2024
22 may, Fineko/abc.az. Son beş ildə sığorta bazarının həcmi 2 dəfə böyüyüb. Sığorta bazarının miqyasının və dərinliyinin genişləndirilməsi başlıca prioritetlərdəndir.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzin Bankın (AMB) İdarə Heyəti sədrinin birinci müavini Rəşad Orucov Bakıda keçirilən “Katastrofik risklərə qarşı dayanıqlı maliyyə sistemi konfransı”nda deyib.
O qeyd edib ki, son 20 ildə Azərbaycan əhəmiyyətli inkişaf mərhələsi keçib.
“Ölkəmizdə makroiqtisadi inkişafda dayanıqlılıq təmin edilib, iqtisadi artımın inklüzivliyi təmin olunub. Hazırda Azərbaycan iqtisadiyyatı özünün yeni inkişaf mərhələsinə daxil olub. Son illərdə maliyyə sahəsi davamlı inkişafla xarakterizə olunur. Mərkəzi Bank maliyyə bazarlarının sabitliyi və dayanıqlılığının təmin edilməsi sahəsində tədbirlər həyata keçirir”, - deyə sədrin birinci müavini əlavə edib.
© Azertag.az
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026