12:30 - 17.05.2024
17 may, Fineko/abc.az. Azərbaycanda maliyyə bazarlarının dərinliyini və mövcud maliyyə institutlarının potensialını artırmaqla dayanıqlı maliyyə keçidinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu"nda deyib.
Onun sözlərinə görə, maliyyə sektorunun inkişafı dayanıqlı maliyyə axınları üçün ekosistemin inkişafına imkan verəcək: "Eyni zamanda yol xəritəsində qarşımızda duran vəzifələrdən biri də maliyyə sistemində iqlim, ekoloji, sosial və idarəetmə amillərinin tətbiq edilməsidir".
T. Kazımov qeyd edib ki, Mərkəzi Bank bankların, sığorta və investisiya şirkətlərinin korporativ idarəetmə standartlarına dəyişikliklər edib: "Bu standartlara əsasən maliyyə institutları uzunmüddətli dövr üzə dayanıqlılığı təmin etmək üçün ekoloji, sosial və idarəetmə amillərini nəzərə almalıdır". (Report)
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026