14:55 - 15.05.2024
15 may, Fineko/abc.az. Azərbaycanda açıq bankçılıq texnologiyasınaAzərbaycanda açıq bankçılıq texnologiyasına əsaslanan ödəniş xidmətlərinin göstərilməsi təmin edilməlidir.
ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev Bakıda keçirilən Fintex Sammində deyib.
O qeyd edib ki, elektron pulun tətbiqi dairəsinin genişləndirilməsinin təmin edilməsinə ehtiyac var.
"Növbəti strateji dövrdə innovativ həll və texnologiyalarla bağlı qarşıya qoyulan prioritet hədəflərinə nail olunması məqsədilə rəqəmsal bankların formalaşdırılması üzrə qanunvericilik islahatlarının aparılması təmin olunmalıdır. Həmçinin, mövcud ödəniş ekosisteminin qonşu dövlətlərin ödəniş ekosistemi ilə inteqrasiya əlaqələri daha da dərinləşdirilməlidir. Bu istiqamətdə mühüm addımlardan biri də ödəniş xidmətləri bazarında xərc maddələrinin optimallaşdırılması, beynəlxalq ödəniş sistemi tərəfindən tətbiq edilən tarif siyasətinin səmərəliliyinin və ekosistem iştirakçıları üçün əlverişliliyin yüksəldirməsidir", - Z. Nuriyev bildirib.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026