Azərbaycanda internet bankçılıq 59 milyard manatı ötüb

10:14 - 15.05.2024


15 may, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda internet bankçılıq əməliyyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 %-dək artıb. 

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bank sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitdə deyib.

O qeyd edib ki, artımdan sonra internet bankçılığın həcmi 59 milyard manatı ötüb

Onun sözlərinə görə, mobil bankçılıq xidmətlərinin həcmi isə 2 dəfə artaraq 15 milyard manat təşkil edib.

"Ümumilikdə I rübdə cari hesablarda aparılan müştəri köçürmələrin say üzrə 93 %-i, həcm üzrə isə 75 %-i elektron bankçılıqla həyata keçirilib" - deyə R. Orucov qeyd edib.