10:51 - 14.05.2024
14 may, Fineko/abc.az. Qırğızıstanın Milli Bankının (QRMB) sədri Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, səfər çərçivəsində QRMB-nin nümayəndə heyətinin AMB-də təcrübə mübadiləsi məqsədilə bir sıra görüşləri nəzərdə tutulub.
Sədr Kubanıçbek Bokontayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilk olaraq Mərkəzi Bankın sədri Taleh Kazımov ilə görüşüb.
Görüşdə hər iki ölkənin mərkəzi bankları arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətləri arasında keçirilən görüşdən sonra tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. AMB-nin sədri Taleh Kazımov Memorandumun qurumlar arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi barədə əminliyini vurğulayıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026