Bankların kredit portfeli 3 ay ərzində 4% artıb

15:42 - 1.05.2024


1 may, Fineko/abc.az. Pul bazası 2023-cü ilin sonunda 10.9% artmışdı.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov uçot dərəcəsinin elan edilməsi ilə bağlı keçirilmiş mətbuat konfransında bildirib.

O qeyd edib ki, bizim əsas alətimiz məcburi ehtiyatların normasına yenidən baxılması idi. Biz pul bazarının artımını gözləyirdik,  buna görə də noyabrın sonlarında pul bazasının artırılmasını nəzərdə saxladıq.

Kredit portfeli 3 ay ərzində 4% artıb. Biz maliyyə, xüsüsilə də bank sektorunun kreditləşməsində hansısa azalmalar müşahidə etmirik.

Kredit faizləri artmayıb. Bizim statisitika onu göstərir ki, kredit faizləri artmayıb. Hüquqi şəxslərə 11.1%, fiziki şəxslərə 19.2%,  ipoteka kreditləri istisna olmaqla, 16.6% isə kiçik və mikro sahibkarlara verilən kreditlər təşkil edib. 

Depozitlərə gəlincə, hüquqi şəxslərdə 6%, 9.3%i isə fiziki şəxslərdə. 

Məcburi ehtiyatların artırılması ilə depozit sahəsində bankların rəqabətliliyi artır.