Mərkəzi Bank bu həftə faiz qərarı verəcək

10:01 - 29.04.2024


29 aprel, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyəti 1 may tarixində uçot faiz dərəcəsinə dair 2024-cü ilin üçüncü qərarını verir.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank 2023-cü ilin noyabrından ölkədə inflyasiyanın hədəf çərçivəsinə qayıtması ilə faiz dərəcələrini endirməyə başlayıb. 2023-cü ilin noyabrına qədər 9.00 faiz olan bençmark faizləri 2024-cü ilin martına qədər olan iclasların hər birində 25 və 50 baza bəndi endirilməklə 7.50 faizə düşüb. Ümumilikdə dörd iclasa 150 baza bəndi faizlər endirilib.

100 baza bəndi=1 faiz bəndi.

Tənzimləyicinin 2022-2023-cü ildə faizləri yüksəltməsinin səbəbi post-pandemiya və geosiyasi gərginliklər fonunda dünyada yüksələn inflyasiya və bunun ölkəmizə də təsiri azaltmaq olub.