"Mastercard" Azərbaycandakı hədəflərini açıqladı

10:35 - 26.04.2024


26 aprel, Fineko/abc.az. Partnyorlarımızla aparılan işbirliyimiz nəticəsində və "Mastercard"ın investisiyası, bazara gətirdiyi yeniliklər bazarda bəzi dəyişikliklərin əsasını qoyub.

ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında "Mastercard"ın Azərbaycan üzrə Ölkə Meneceri Emil Zeynalov deyib.

O "Mastercard"ın bundan sonrakı hədəflərinə də toxunub: "Birinci hədəfimiz "Mastürcard" olaraq iki yerli bankla müqavilə imzalamaqdır. Müqavilə ilə yeni bir layihəyə başlayacağıq. İkinci hədəfmiz nfc əməliyyatını daha da artırmaqdır. Hesablamalarımıza görə, Azərbaycanda nfc ilə aparılmış əməliyyatlara böyük maraq var. Ona görə də bu işləri həm davam etdirəcəyik, həm də genişləndirəcəyik".

Müəllif: Elmir Murad