10:18 - 26.04.2024
26 aprel, Fineko/abc.az. Dünyada dijitallaşmanın 35 faizini, Azərbaycanda isə 31 faizini təmin etmişik.
ABC.AZ xəbər verir ki, bunu mətbuat konfransında “Mastercard” şirkətinin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal bildirib.
O qeyd edib ki, təmassız ödənişlər, özəlliklə kartlanma hazırda dünyada ən sürətlə inkişaf edən amillərdəndir.
"Azərbaycan da dünyadakı bu trendə artıq qoşulmuş durumdadır. Qeyd edim ki, dijitallaşmanı önə çıxaran prosedurlardan biri də "e-ticarət"dir. "Mastercard" olaraq biz daim bazarın monitorinqini aparırıq. Rahatlıqla qeyd edə bilərəm ki, önümüzdəki vaxtlarda dünyada olduğu kimi Azərbaycanda da "e-ticarət"in daha da genişlənməsini gözləyə bilərik", - deyə o vurğulayıb.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026