Zimbabve yeni milli valyutaya keçir

10:53 - 25.04.2024


25 aprel, Fineko/abc.az. Zimbabve yeni milli valyutaya keçir, Sahel ölkələrinin Alyansı isə hələlik bu məsələdə tələsmir. 

ABC.AZ xəbər verir ki, Afrikada valyuta suverenliyi uğrunda “döyüş” başlayır. Zimbabve Ehtiyat Bankı aprelin əvvəlində yeni milli valyuta olan ZiG təqdim etdi. Zimbabve dollarını əvəz edəcək və qızıl, digər qiymətli metallar və xarici valyutalarla təmin ediləcək.

Artıq iyirmi ildən çoxdur ki, Zimbabve ciddi iqtisadi böhran vəziyyətindədir. Son bir ildə yerli valyuta ABŞ dollarına nisbətdə dəyərinin təxminən 100%-ni itirib.