Valyuta hərracında tələb 3% azalıb

12:32 - 23.04.2024


23 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 23-də keçirilən valyuta hərracında bankların tələbi 77,4 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracdan 2,4 milyon dollar (3%) azdır.

AMB aprelin 18-də valyuta hərracında banklara 79,8 milyon dollar satıb.

 Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.