10:50 - 17.04.2024
17 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, «Premium bank» hesabat açıqlayıb və məlum olub ki, bank kiçilib.
ABC.AZ xəbər verir ki, amma «Premium bank»da problem kreditlərdə deyil, depozitlərdədir.
Bankın depozit portfeli durmadan azalır – aviasiya sektorundakı islahatlardan sonra bu proses davaamlı xarakter alıb.
Nəticədə 2024-cü ilin 1-ci rübünün sonuna «Premium Bank»ın ümumi öhdəlikləri daha 12 milyon manat azalaraq 507 milyon manatdan 495 milyon manata enib. Azalma depozit portfeli ilə bağlıdır - fiziki şəxslərin əmanətləri 4 milyon manata yaxın azalıb. Şirkətlər isə bankdan 7 milyon manat çıxarıblar – hüquqi şəxslərin depozitləri 96 milyondan 89 milyona düşüb.
Bundan əlavə «Premium Bank»ın Mərkəzi Bank və dövlət fondları qarşısında 67,8 milyon manat öhdəliyi var.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026