Valyuta hərracında bankların tələbi 34% azalıb

12:34 - 4.04.2024


4 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, aprelin 4-də valyuta hərracında bankların tələbi 64,5 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 33,4 milyon dollar (34,12%) azdır.

AMB aprelin 2-də valyuta hərracında banklara 97,9 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.