15:56 - 28.03.2024
28 mart, Fineko/abc.az. Mərkəzi Bankı “Azərbaycan Sənaye Bankı” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə sərəncam verib.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankdan verilib.
“Azərbaycan Sənaye Bankı” ASC tərəfindən məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində 2024-cü ilin fevral ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda Mərkəzi Bankın “Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbini təmin etmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Sənaye Bankı” ASC-yə bu sahədə daxili nəzarət sistemlərinin təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilmişdir.
“Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır”, – deyə məlumatda qeyd edilir.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026