Rabitəbankın İdarə Heyətində yeni təyinat

14:34 - 28.03.2024


28 mart, Fineko/abc.az. Rabitəbankda korporativ idarəetmənin təkmilləşdirilməsi məqsədilə yeni təyinat olub.

ABC.AZ xəbər verir ki, Ramil Nasibov bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Ramil Nasibov 20 ildən artıq bank sektorunda informasiya təhlükəsizliyi sahəsində təcrübəyə malikdir. O, əmək fəaliyyətinə 2004-cü ildən başlayıb və müxtəlif banklarda İnformasiya Texnologiyaları departamentinin direktor müavini və İT üzrə sahə direktoru vəzifələrində çalışıb. R.Nasibov 2013-2017-ci illərdə “İRS Technology” MMC-də İdarə Heyətinin sədri olub.

 2018-ci ilin martından Rabitəbank komandasında Baş Direktor (İnformasiya Texnologiyaları üzrə) kimi fəaliyyətə başlayan Ramil Nəsibov 2021-ci ilin noyabrından yeni təyinatadək İdarə Heyətinin üzvü olub.

Qeyd edək ki, Ramil Nasibov Gürcüstan Texniki Universitetində Kompüter elmləri üzrə bakalavr təhsili alıb.