11:13 - 16.02.2024
16 fevral, Fineko/abc.az. “Unibank Kommersiya Bankı” ASC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.
ABC.AZ Banker-ə istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə yazılıb.
Dövlət Gömrük Komitəsinin tərtib etdiyi protokol Nəsimi rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Anar İbadzadədir.
İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, bundan əvvəl “Unibank” barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026