Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13.5% azalıb

16:37 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsinin gəlirləri illik müqayisədə 13.5% azalaraq 3 mlrd. 465.9 mln. manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət büdcəsinin xərcləri isə 1 mlrd. 723.7 mln. manat olmaqla 18.2% artıb.

Beləliklə, dövlət büdcəsinin profisiti 1 mlrd. 742.2 mln. manat olub.