Valyuta hərracında tələb 2,5 dəfə artıb

12:33 - 13.02.2024


13 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, fevralın 13-də baş tutana valyuta hərracında bankların tələbi 151,1 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 89,7 milyon dollar və ya 2,46 dəfə çoxdur.

Fevralın 8-də valyuta hərracında Mərkəzi Bank banklara 61,4 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.