“Premium Bank”ın 2,5 milyon kredit verməsində problem görmürük - Taleh Kazımov

16:06 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. “Premium Bank” öz strategiyasına uyğun olaraq biznes nöqteyi nəzərdən 2,5 milyon manat kredit verilməsi ilə bağlı qərar verib. Bunu Mərkəzi Bank bu kreditlə bağlı məlumatlıdır. 

ABC.AZ xəbər verir ki, bunu sözügedən bankın kiçik gəlir müqabilində böyük həcmdə kredit verilməsinə münasibət bildirən Mərkəzi Bankın sədri Taleh Kazımov deyib. 

“Premium Bank”ın rəhbərliyi ilə müzakirə etmişik. Aidiyyatı tədbirlər görülüb. Lazım olduğu təqdirdə ehtiyatlar yaradılıb. Biz burada heç bir problem görmürük. Mərkəzi Bank olaraq belə kreditlərin verilməsinin qarşısını almırıq, sadəcə banklardan səbəbinin açıqlanmasını tələb edirik. Banklar əksər hallarda belə kreditlər vermir. Bu sahəyə diqqətlə nəzarət edirik” – Mərkəzi Bankın sədri əlavə edib.