Cari əməliyyatlar balansının profisiti nə qədər olacaq?

11:25 - 31.01.2024


31 yanvar, Fineko/abc.az. 2023-cü ilin yekununda Azərbaycanın cari əməliyyatlar balansının profisitinin nə qədər olacağı məlum olub.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bankda uçot dərəcəsi parametrləri üzrə keçirilən mətbuat konfransında idarə heyətinin sədri Taleh Kazımov bildirib ki, cari əməliyyatlar balansının profisiti 10 milyard ABŞ dollarına yaxın olacaq.

Onun sözlərinə görə, ortamüddətli dövrdə - 2024-2025-ci illərdə isə cari əməliyyatlar balansında 7 milyard ABŞ dolları profisit proqnozlaşdırılır.

Müəllif: Elmir Murad