15:48 - 23.01.2024
23 yanvar, Fineko/abc.az. Azərbaycandakı bankların 2023-cü ildə kreditlərdən əldə etdiyi gəlirlər açıqlanıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən il bankların kreditlər üzrə faiz gəlirləri 2 573.8 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17.3% çoxdur.
Bankların 2022-ci ilin eyni dövründə kreditlər üzrə faiz gəlirləri 2 194.4 milyon manat təşkil etmişdir.
2023-cü ildə faizlər üzrə xərcləri isə 839.4 milyon manat olub. Bu xərc ötən ilin eyni dövründə 657.8 milyon manat idi. Faiz xərclərinin böyük hissəsi depozitlər üzrə faiz xərcləridir.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026