Valyuta hərracında bankların tələbi 24,3% azalıb

12:33 - 23.01.2024


23 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, yanvarın 23-də valyuta hərracında bankların tələbi 43,9 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, keçmiş hərracdan 14,1 milyon dollar və ya 24,31% azdır.

Yanvarın 18-də keçirilən valyuta hərracında AMB banklara 58,0 milyon dollar satıb.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.