Bu Bankın əməliyyat xərcləri 2 milyon 978 min manat artıb

10:49 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "NaxçıvanBank" ötən ilin maliyyə hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2022-ci ildə bank əməliyyat mənfəətindən 633 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyata ayırmış, 3 milyon 439 min manat mənfəət vergisi ödəmişdi.

Beləliklə, ötən il "Naxçıvanbank" ASC-nin əməliyyat gəlirlərinin 982 min manat artmasına qarşı, əməliyyat xərcləri 2 milyon 978 min manat artıb.

Nəticədə, Bankın əməliyyat mənfəəti 1 milyon 996 min manat azalıb.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan ayrılan vəsait bu azalmanı bağlayıb. .