Bir ildə 3 milyon 535 min manat mənfəət vergisi ödəyən Bank - Hesabat

10:37 - 17.01.2024


17 yanvar, Fineko/abc.az. "Naxçıvanbank" ASC 2023-cü ili 13 milyon 130 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ili 13 milyon 54 min manat xalis mənfəət ilə bağlamışdı. Ötən il "Naxçıvanbank"ın xalis mənfəəti 76 min manat artıb.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2023-cü ildə "Naxçıvanbank" ASC cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 28 milyon 83 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 12 milyon 952 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 15 milyon 130 min manat təşkil edib.

Eyni zamanda, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan 1 milyon 534 min manat qayıdıb və Bankın mənfəəti 16 milyon 665 min manata yüksəlib.

Bank mənfəətindən 3 milyon 535 min manat mənfəət vergisi ödəyib.