Qeyri-faiz gəlirləri 2 milyon 789 min manat manat artan Bank - Hesabat

11:19 - 15.01.2024


15 yanvar, Fineko/abc.az. “Rabitə Bank”ın 2023-cü ilin son rübünün maliyyə nəticələri ilə bağlı hesabatında Bankın xalis gəlirləri 60 milyon 439 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu da son bir ildə 11 milyon 743 min manat və ya 24,1% çoxdur.

Hesabat dövrdə bankın qeyri-faiz gəlirləri 51 milyon 592 min manat olub. Onun da 36 milyon 896 milyon manatını haqq və komissiya gəlirlərinin, 10 milyon 194 min manatını digər gəlirlərinin, 4 milyon 44 min manatını məzənnə dəyişməsi daxil olmaqla xarici valyutadan gəlirlərinin, 458 min manatını, qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlirlərinin payına düşüb,

Qeyri faiz gəlirləri son bir ildə 2 milyon 789 min manat (5,7%), haqq və komissiya gəlirləri son bir ildə 1 milyon 832 min manat (5,2%), digər faiz gəlirləri isə 3 milyon 251 min manat (46,8%) artıb.