Ötən il dövlət büdcəsinə 44,4 milyon manat məbləğində ziyan ödətdirilib

15:26 - 12.01.2024


12 yanvar, Fineko/abc.az. 2023-cü il ərzində ümumilikdə 44,4 milyon manat məbləğində ziyanın dövlət büdcəsinə ödətdirilməsi təmin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Vergi Xidmətindən bildirilib.

Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində dövlət büdcəsinə 6 milyon manat vəsait ödətdirilib.

Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 14 nəfər şəxs tutularaq təhvil verilib, ibtidai istintaqdan yayınan 1245 nəfər dindirilməsi üçün məcburi gətirilib, 2297 nəfərin yeri müəyyən olunaraq istintaqa məlumat verilib və 612 şəxsin istintaqa gətirilməsi təmin edilib.