12:42 - 9.01.2024
9 yanvar, Fineko/abc.az. Hazırda beynəlxalq bazarlarda faiz dərəcələri yüksək olduğu üçün bəzi Azərbaycan bankları da dollarla qorunan əmanətlərin illik faiz dərəcəsindən yuxarı hədlərdə depozitlər qəbul edir.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının İdarə Heyətinin sədri Zakir Nuriyev deyib.
“Bunun mühüm şəkildə yerləşdirilməsi həyata keçirilir. Lakin manatla bütün banklar birmənalı şəkildə yalnız sığorta olunan faiz dərəcəsi həddində əmanətlər qəbul edir. Hesab edirik ki, burda hansısa banklarda əlaqəli problem yaranmayacaq. Çünki ölkədə fəaliyyət göstərən hansısa bankın müflis olacağı planlaşdırılmır”, – deyə Z.Nuriyev bildirib.
Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 2.5% və milli valyuta üzrə 12% olmaqla 100 min manata qədər olan əmanətlər sığortalanır.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026