15:23 - 27.12.2023
27 dekabr, Fineko/abc.az. Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
"4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan ibarət olan mənzillərin sayının 1 080 olması nəzərdə tutulur. 5-ci yaşayış məhəlləsinin isə ərazisi 12,12 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 3 803 nəfər təşkil edir. Mənzillərin sayının isə 1 115 olması planlaşdırılır.
Burada mənzillərdən başqa istirahət guşələrinin, futbol meydançalarının, yerüstü dayanacağın, söhbətgahın, uşaq oyun meydançalarının tikintisi nəzərdə tutulub”, - deyə o qeyd edib.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026