16:25 - 25.12.2023
25 dekabr, Fineko/abc.az. Hazırda işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərində dağıdılmış kəhrizlərə rast gəlinir. Təkcə Ağdamda 59 kəhriz kompleksi mövcuddur. Həmin kəhrizlər gələcək yaşayış məntəqələri üçün olduqca önəmli su mənbəyidir. Onların bərpası bərpa-quruculuq prosesində effektiv rol oyana bilər. Bərpa olunan kəndlərin dayanıqlı şəkildə ekologiyaya ziyan vurmadan suvarma suyu ilə təminatı, ərazilərdə mövcud müxtəlif çoxsaylı yataqlardan, geoloji ehtiyatlardan bərpa prosesində istifadə olunması, iqtisadi dövriyyəyə cəlb olunması önəmli məsələlərdəndir.
ABC.AZ xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, Ağdamda quruculuq işlərində artıq yerli yataqlardan istifadə olunur: "Bərpa olunan kəndlərdə bu yataqlardan çıxarılan tikinti materialları - Ağdamın məşhur ağ daşı artıq istehsal olunaraq tikinti şirkətlərinə verilir. Tikinti layihələrində istifadə olunur. Bu ehtiyatların daha geniş və dayanıqlı istismarı layihələrin yüksək keyfiyyətli şəkildə icra olunmasına gətirib çıxaracaq, həm onların icra müddətini kifayət qədər qısaldacaq, həm də məsrəfləri azaldacaq, eyni zamanda quruculuq işlərini sürətləndirəcək.
27 İyul 2026
27 İyul 2026