Azərbaycanda depozitlərin dollarizasiyası səviyyəsi Ermənistandan aşağıdır

10:01 - 22.12.2023


22 dekabr, Fineko/abc.az. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda depozitlərin dollarizasiyasının tədricən azalması məsələsinə toxunub.

ABC.AZ xəbər verir ki, bu agentliyin yeni qiymətləndirməsində qeyd edilir.

Bildirilir ki, xarici valyutada depozitlər 2015-ci ilin sonundakı 79%-dən 31 oktyabr 2023-cü il tarixinə müştərilərin ümumi depozitlərinin 41%-nə qədər azalıb.

Agentlik müqayisə olaraq bildirir ki, region ölkələrində bu rəqəm Azərbaycandan xeyli yuxarıdır. Belə ki, bu pay Gürcüstanda 51%, Ermənistanda isə 50-təşkil edir.