İllik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb - Mərkəzi Bank

11:47 - 20.12.2023


20 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6% təşkil edib. Mərkəzi Bankın hesabatında bildirilir ki, artıq 3-cü aydır ki, illik inflyasiya hədəf daxilində formalaşır.

Qeyd edək ki, Mərkəzi Bankın hədəf çərçivəsi 2%-6% arasındadır. “Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunmuş, dövrə qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2% azalıb”.