G7 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bankların rəhbərləri onlayn görüşəcək

10:26 - 19.12.2023


19 dekabr, Fineko/abc.az. G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri dekabrın 19-da onlayn danışıqlar aparacaqlar. 

ABC.AZ xəbər verir ki, nazirlərin müzakirə edəcəyi məsələlər arasında Ukraynaya yardımın göstərilməsi məsələsi də var. Digər detallar açıqlanmır.

2023-cü ildə G7-yə Yaponiya sədrlik edir, 2024-cü ildə isə İtaliya sədrlik edəcək.