Azərbaycanın cari əməliyyatlar hesabının profisiti bu qədər təşkil edib

12:09 - 15.12.2023


15 dekabr, Fineko/abc.az. 2023-cü ilin doqquz ayı (yanvar-sentyabr) üzrə Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6.7 mlrd dollar və ya ÜDM-in 12.5%-ni təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə 2022-ci ilin 9 ayı üzrə 17.7 mlrd dollar profisit olmuşdu.

Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilin müvafiq dövrünə nəzərən 43.8% azalaraq 12.1 mlrd dollar, qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 44.2% artaraq 5.4 mlrd dollar məbləğində olub.