14:43 - 28.11.2023
28 noyabr, Fineko/abc.az. “Azad edilmiş ərazilərin 80 %-i hələ də minalardan təmizlənməyib”.
ABC.AZ xəbər verir ki, bunu Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini, insanların öz yurdlarına qayıtmasını çətinləşdirir: “Minadan təmizlənmə çox vaxt aparan və baha başa gələn bir prosesdir. Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib və bu 30 il ərzində həmin ərazilər kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib, minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri belə minalanıb”.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026