Azərbaycanda bankların mikro kreditlər portfeli 2 milyard manatı ötüb

14:01 - 24.11.2023


24 noyabr, Fineko/abc.az. Azərbaycanda bankların mikro kreditlər portfeli yüksələrək noyabrın 1-nə 2 milyard 528.7 milyon manata yüksəlib.

ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın 2023-cü ilin ilk 10 ayı üzrə statistik bülletenində əksini tapıb.

Sözügedən bülletendə qeyd edilib ki, bu aylıq 115.6 milyon manat və ya 5 faiz artımdır.

Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 nömrəli Qərarına uyğun olaraq işçi sayı 1-10 nəfər arası, illik gəliri 200 min manata qədər olduğunda mikro sahibkar sayılır.