Azərbaycanda bank şöbələri artıb, ya azalıb?

15:51 - 23.11.2023


23 noyabr, Fineko/abc.az. Azərbaycanda bank şöbələrinin sayında aylıq və illik azalma qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatı əsasında aparılan hesablamalara istinadən xəbər verir ki, cari ilin oktyabr ayında bank şöbələrinin sayı 86 olub. Bu da aylıq 2 ədəd (2,3%)  illik isə 8 ədəd (8,5%) azdır.

Keçən ay bank şöbələrinin ümumi sayı 88, ötən ilin oktyabr ayında 94 ədəd olub.