14:02 - 23.11.2023
23 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektoru 2023-cü ilin yanvar-oktyabr aylarında 908.2 milyon manat xalis mənfəət əldə edib.
ABC.AZ xəbər verir ki, bu barədə rəqəmlər Mərkəzi Bankın statistik bülletenində öz əksini tapıb.
Hesabatda bankların həmin müddətdə 1 milyard 369.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etdiyi bildirilir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 18% və 23% artmışdır.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 237.8 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 34% və ya 59.8 mln. manat daha çoxdur.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026