11:54 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan bankları ABŞ dollarını orta hesabla 1,6946 manatdan alıb, 1,7021 manata satıb.
ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”nda qeyd edilib.
Beləliklə, banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,1 % çoxdur.
Xatırladaq ki, 1 il bundan əvvəl banklar dolları 1,6972 manatdan alıb, 1,7023 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 51 qəpik gəlir əldə edib.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026