11:38 - 22.11.2023
22 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın valyuta bazarında 23,8 milyard ABŞ dolları dəyərində əməliyyat aparılıb.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda qeyd edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % azdır.
9 aylıq əməliyyatların 21 milyard ABŞ dolları nağdsız, 2,8 milyard ABŞ dolları isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 6 % və 29,2 % azdır.
Nağdsız valyuta əməliyyatlarının 79 %-i ABŞ dollarında, 21 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 83,6 %-i ABŞ dollarında, 16,4 %-i digər valyutalarda baş tutub.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026