10:15 - 20.11.2023
20 noyabr, Fineko/abc.az. Azərbaycanda bank, sığorta şirkəti və investisiya şirkətlərinin rəhbərlərinin – idarə heyəti və müşahidə (direktorlar) şurasıı üzvlərinin Mərkəzi Bank tərəfindən təsdiqlənməsi qaydası dəyişib.
ABC.AZ xəbər verir ki, bu Mərkəzi Bankın idarə heyətinin 21 sentyabr 2023-cü il tarixli “Maliyyə bazarlarında fəaliyyətinə nəzarət edilən subyektlərin müşahidə (direktorlar) şurasının və icra orqanının üzvlərinin müsahibəsinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi barədə qərarında nəzərdə tutuur.
Yeni qaydalarda maliyyə sektoru təmsilçiləri üçün maraqlı yeniliklər nəzərdə tutulur. Belə ki, indiyədək bu qayda yalnız bank və investiiya fondlarına aid idi, indi isə sığorta və investiiya şirkətlərinin rəhbərləri də müsahibə prosedurundan keçməli olacaqlar.
Digər tərəfdən, indiyədək bu qaydalar bankların inzibatçılarına aid idi- indi isə müşahidə şurasının üzvləri də «rentgen»dən keçəcəklər.
Qeyd edək ki, belə qaydalar əvvəllər də var idi, yeri gəlmişkən AMB-nin təsdiqlədiyi yeni sənəddən sonra onlar qüvvədən düşüb. Amma həmin qaydalarda proses attestasiya adlandırılırdı. İndi isə qərara əsasən bankların, sığorta və investisiya şirkətlərinin icra orqanları və müşahidə şuralarının üzvləri iəvvəlki kimi attestasiyadan deyil, müsahibədən keçiriləcək.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026