14:17 - 16.11.2023
16 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 12-si bu ilin yanvar-sentyabr aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 8-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
ABC.AZ "Renkinq"ə istinadla xəbər verir ki, bunlar, “Azər-Türk Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Rabitəbank”, “Bank Respublika”, “Bank of Baku” və “PAŞA Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC-dir.
Qalan 4 bankdan 3-nün – “Express Bank”, “Kapital Bank” və “Azərbaycan Sənaye Bankı” ASC-lərin, ayrıca “Zıraat Bank Azərbaycan” ASC-nin mənfəət vergisi ödəmələri azalıb, 1 bank - “Naxçıvan Bank” ASC isə bu ilin 9 ayında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib. Odur ki, onların vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
Bu ilin 9 ayında mənfəət vergisi ödəməmiş 11 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026