15:19 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 9-u bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bunlar, “Naxçıvan Bank”, “Xalq Bank”, “Premium Bank”, “AFB Bank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”, “Yelo Bank” və “Bank of Baku” ASC-lər, eləcə də İran Milli Bankının Bakı filialıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici “Bank of Baku”da (9,383 milyon manat), ən aşağı göstərici isə “Naxçıvan Bank”da (835 min manat) qeydə alınıb.
Qalan 15 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Onlardan 4-də bu göstərici 25 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (83,28 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (53,1 milyon manat), “Unibank” (31,968 milyon manat) və “PAŞA Bank” (26,685 milyon manat) ASC-lərdir.
Qalan 11 bankdan 3-də xüsusi ehtiyatlara ayırmaların məbləği 10-25 milyon manat arasında, 6 bankda 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026