14:49 - 14.11.2023
14 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 % çoxdur. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 % artıb.
ÜDM istehsalının 41,3 %-i sənaye, 9,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 5 %-i tikinti, 2,3 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,4 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 9 938,7 manata bərabər olub.
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
27 Avqust 2026
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026