Cari ildə faiz gəlirləri azalan bank

15:21 - 6.11.2023


6 noyabr, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 24 bankdan 1-nin yanvar-sentyabr aylarındakı faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bu, İran Milli Bankının Bakı filialıdır.

Azalma 14,9% qeydə alınıb.

Qalan 23 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (94,5%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (4,6%) qeydə alınıb.