Açıq bankçılığın işə düşməsinin nə kimi faydası olacaq? 0

13:13 - 4.11.2023


4 noyabr, Fineko/abc.az.  Açıq bankçılığın işə düşməsi ilə ölkədə vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti təchizatçılarının bazara daxil olacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova bildirib.

O bildirib ki, bu da banklara yeni rəqiblərin meydana çıxmasına imkan verəcək ki, bundan istehlakçılar daha çox qazanacaqlar:

“Ödəniş xidmətləri sahəsində bankların yalnız özləri ilə deyil, eyni zamanda digər oyunçularla rəqabət aparması ümumilikdə bütün bazarın inkişafına dəstək verəcək. Təbii ki, bundan ən çox faydalanan istehlakçılar olacaqlar”.