Banklarda dolların alışı onun satışını üstələyir - Taleh Kazımov

16:47 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Hazırda Azərbaycan banklarında xarici valyutanın, o cümlədən ABŞ dollarının alışı onun satışını üstələyir.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Bunun səbəbləri əhalinin milli valyuta etibarının və vətəndaşlarının manatla gəlirinin artmasıdır”, – deyə o qeyd edib.

Bununla belə, sədr deyib ki, banklarda xarici valyutanın satışına qoyulmuş 20 min manatlıq illik limit qalır və bu, çirkli pulların yuyulmasının qarşısını almaq üçündür.