Azərbaycan BOKT-larının xalis kredit portfeli 40% artıb

12:11 - 31.10.2023


31 oktyabr, Fineko/abc.az. 2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis kredit portfeli 509,7 milyon manat olub.

ABC.AZ Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 144,3 milyon manat və ya 39,5% çoxdur.

Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis kredit portfeli 365,4 milyon manat olub.