10:31 - 26.10.2023
26 oktyabr, Fineko/abc.az. Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən bankların rəhbərləri ilə növbəti dəfə görüşdük. Görüş zamanı bank sektoru üzrə cari ilin 3-cü rübünün nəticələrini müzakirə etdik.
ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "X" platformasındakı hesabında yazıb.
O qeyd edib ki, həmçinin son dövrlərdə qlobal meyillərin və çağırışların maliyyə-bank sektoruna təsirini nəzərdən keçirdik.
"Eləcə də ölkədə makroiqtisadi sabitliyinin təmin edilməsi və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışdıq", - deyə, T.Kazımov bildirib.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026